Bakıda hündürmərtəbəli bina tikən şirkətin rəhbərinə qarşı dələduzluqda təqsirli bilinən Aqşin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevim sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Aqşin Mirzəyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Aqşin Mirzəyev “Luxe” MMC-də rəhbər şəxslərdən biri olan Asif Bədəlova qarşı dələduzluq edib.
Dövlət orqanları tərəfindən şirkətinin Nərimanov rayonunda tikdirdiyi hündürmərtəbəli binanın 17 və 18 mərtəbəsinin sökülməsi qərarı verilib.
Amma Aqşin Mirzeyev Asif Bədəlova şəxsi əlaqələri ilə həmin söküntü ilə bağlı çıxarılan qərarı dəyişdirəcəyinə vəd verib.
Bu aldatma yolu ilə o, Asif Bədəlovdan 100 min manat alıb.
Lakin verdiyi vədə əməl etməyərək, aldığı pulu ələ keçirib.