Mingəçevir şəhər sakininin hədələnməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsinə müraciət edən Sahib Babayev (ad və soyad şərtidir – red.) həmyerlisi Mürşüd Məmmədov tərəfindən hədələndiyini bildirib.
O, qeyd edib ki, Mürşüd Məmmədov barəsində rüsvayçı məlumatlar yayacağı ilə hədələyib, ondan 1000 manat tələb edib.
Daxil olan məlumat əsasında faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Mürşüd Məmmədov saxlanılıb.