16 İyun 2018 11:40
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Beyləqanskinin həbsindən sonra Moskvada Rövşən Lənkəranskiyə yaxınlığı ilə tanınan azərbaycanlı kriminal avtoritetlər arasında panika yaranıb. Hamı hər an istintaqa çağrılacağından narahatdır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Musavat.com-a Moskvadakı etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, mərhum Rövşən Lənkəranskinin Rusiyadakı “valisi”, onun yaxın qohumu Zaur Əhmədov artıq Moskvanı tərk edib.

Mənbənin dediyinə görə, Əhmədovun adı Hacı Beyləqanskiyə qarşı qaldırılmış cinayət işində hallanır. Məhz o, “Lotu Quli”nin Moskvaya atdığı “desantçı”lardan qorunmaq və vaxtilə Lənkəranskinin nəzarəti altında olan obyekləri əlində saxlamaq üçün Beyləqanskini Moskvaya dəvət etmiş, ona zirehli maşın, çoxsaylı cangüdən və ev ayırmışdı.

Beyləqanski isə mayın 30-da Moskvada həbs edilib. O, silsilə qətllərdə ittiham olunur.

İyunun 18-də isə Dubayda “Lotu Quli”nin iştirakıyla bir sıra krminal avtoritetlərin toplantısı keçiriləcək.

“Sputnik”in yazdığına görə, toplantının əsas mövzusu “Avropadakı obşaka” kimin nəzarət etməsidir. Sırada isə 3 nəfərin adı hallanır: Giya Kutaisski, Merab Suxumski və “Lotu Quli”. Məlumata görə, Kutaisski Qulinin xeyrinə namizədliyindən geri çəkiləcək.

Amma o da sirr deyil ki, Quli Avropa “obşak"ına nəzarəti ələ alsa belə, onun uğrunda başqa klanlarla amansız mübarizəyə başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər