Gəncə şəhərində quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyunun 13-də Gəncə şəhəri ərazisində 3 nəfər şəhər sakini Ceyhun Çıldırlını döyüb və daha sonra 170 manat pulunu və mobil telefonunu alıblar.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri - Vüsal Məmmədov, Ramazan Allahverdiyev və Samux rayon sakini Röyal Səfərov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.