Bakının Nəsimi rayonunda dələduzluq faktı baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, naməlum şəxs Babək rayon sakini Asim İsmayılovun etibarından sui istifadə edərək 80 manat alıb.O, həmin pulu geri aqaytarmayıb. Zərərçəkən dələduzluq faktı ilə bağlı 22-ci polis bölməsinə şikayət edib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əfəndiyev tutulub. Ondan 1 qramdan artıq heroin götürülüb.
Hacı Zeynalov