14 Avqust 2014 16:35
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da uşaqlığa götürdüyü 2 yaşlı qızı öldürməkdə şübhəli bilinən 43 yaşlı Janet Killou Baretto saxlanılıb.

O əri Ramono ilə 5 il müxtəlif yerlərdə gizlənib. Cütlük başqa adlarla və xarici görkəmlərini dəyişərək yaşayıblar. Baretto cütlüyü Portlendəki Jantzen Beach Center ticarət mərkəzində ələ keçiblər. Missisipi ştatının şerifi Cimmi Edvardsın sözlərinə görə, Baretto cütlüyünün törətdiyi cinayət dəhşətlidir.

Məlumatda qeyd edilir ki, Janet Baretto 2013-cü ildə ABŞ-da ən çox axtarılan 15 cinayətkar siyahısına düşüb. Onun yeri haqda məlumat verən şəxsə ABŞ hökuməti 25 min dollar mükafat da vəd etmişdi. O, 2008-ci ilin may ayında saxlanılıb, qadına 2 yaşlı qızı öldürməsi ilə bağlı ittiham da elan olunub. Altı ay sonra Baretto girov müqabilində azadlığa buraxılıb. Ancaq bundan sonra polisdən gizlənməyə başlayıb.

Janet və əri 2005 və 2006-cı illərdə Qvatemalada övladlığa uşaq götürüblər. ABŞ hökuməti qeyd edir ki, bu ölkədə uşaqlar daima fiziki təzyiqlərə məruz qalıblar. Uşaqların tez-tez qarın nahiyələrinə zərbə vurublar, çarpayıya bağlayıblar, başlarına su damızdırıblar.

/Modern.az/


Müəllif:

Oxşar xəbərlər