Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 190 manat və 450 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı 37-ci polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Əflatun saxlanılıb.
Məlum olub ki, cinayəti törədən Əflatun əvvəllər məhkumluq həyatı yaşayıb. O, həbsdən bir neçə ay əvvəl azad edilib.
Faktla bağlı cinayət işi başlanıb.