Bir müddət öncə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin qanunsuz əməllərinə məruz qal xüsusi xidmət orqanını ehtiyatda olan polkovniki, iş adamı Tofiq Rəcəbovun barəsində başlanan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Tofiq Rəcəbovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.
İstintaq orqanı tərəfindən Tofiq Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Tofiq Rəcəbov Bakı şəhər sakininin 100 min manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.
Tofiq Rəcəbov qızıl biznesi ilə məşğul olub.
Tofiq Rəcəbov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və bu qurumun binasına gətirilib. O, MTN-nin əməkdaşları tərəfindən hədə-qorxu, təzyiqlərə məruz qalıb.
Tofiq Rəcəbov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.