14 İyul 2018 10:50
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şəki rayon ərazisində baş vermiş cinayətlərin açılma faizi 2015-ci ildə 96,4 , 2016-cı ildə 98,5 faiz təşkil edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Şəki rayon polis şöbəsində keçirilən iclasda bildirilib.

Məlumata görə, Şəkidə ötən il 241 cinayət faktı baş verib, onlardan da yalnız 4 cinayət bağlı qalıb.

Qeydə alınan cinayətlərin də cəmi 18-i ağır və xüsusilə ağır cinayətlərə aid olub.

Digər statistik göstəricilər də rayonda polis əməkdaşlarının işinin yüksək səviyyədə qurulmasından xəbər verir.

2017-ci il ərzində 39 təqsirləndirilən şəxs axtarışda olub. Onlardan 32-si tutulub, 7-nin isə axtarışları davam etdirilir.

Ötən il ərzində 4 nəfər itkin düşən şəxs olub, onların hamısının tapılması təmin edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 49 cinayət faktı aşkar olunub, onlardan da 12-i satış məqsədli olub.

Həmçinin il ərzində əhalidə qanunsuz saxlanılan 66 odlu silah, 3 avtomat, 6 tapança, 57 ov silahı götürülüb.

Bu faktlarla bağlı 4 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bu ilki göstəricilər də Şəhər rayon polis şöbəsinin işini yüksək peşəkarlıqla davam etdirdiyinə əyani sübutdur.

Belə ki, bu il rayonda cəmi 130 cinayət hadisəsi baş verib, onlardan yalnız 2-si bağlı qalıb. Həmin cinayətlərin açılması 98,5 faiz təmin edilib.

Cari il ərzində 6 nəfər itkin düşən şəxs olub ki, onlardan da 5-i tapılıb, 1-nin axtarışları davam etdirilir. Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 24 cinayət faktı aşkar olunub.

Onlardan da 6-sı satış məqsədli narkotik vasitə olub.

Bu il əhalidə qanunsuz saxlanılan ümumilikdə 32 ədəd odlu silah götürülüb və bu faktlarla bağlı 2 nəfər cinayət, 4 nəfər şəxs isə inzibati məsuliyyətə cəlb olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər