Pirallahı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 17-də, saat 8 radələrində Pirallahı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılıb.
Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla həmin gün saat 6 radələrində Mariya Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə Rəsul Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Rəsul Hüseynov Mariya Qəhrəmanovanın qaynı oğludur.