2 Avqust 2018 18:50
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən su qızdırıcısı, su mühərriki, kombi, kondisioner, istilik radiatoru, qaz sobası və qab-qacaq oğurlanıb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov saxlanılıb.


Müəllif: Hacı Zeynalov