3 Avqust 2018 13:47
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ehtiram Musayev saxlanılıb.

Ondan 13 ədəd lirika və 30 ədəd tramadol həbləri, kirayədə yaşadığı mənzildən isə 815 qram marixuana, 660 ədəd tramadol və 50 ədəd lirika həbləri aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satan şəxs də müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin evindən 845 qram marixuana aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov