Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon telefon qovşağına məxsus 180 metr dirəklərarası rabitə kabelini oğurlanması barədə 38-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini Mehman Zeynalov saxlanılıb.
Onun iyulun 13-də daha bir mağazadan pul və tütün məmulatı oğuralması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.