Şəkidə mağaza sahibindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, avqustun 23-də Şəki rayonunun Abbas kəndi ərazisində yerləşən mağazalardan birinə gəlmiş 2 nəfər naməlum şəxs oradan aldıqları şirniyyatdan uşaqlarının zəhərləndiyini bildirib, bu barədə hüquq-mühafizə orqanlarına xəbər verəcəkləri ilə hədələyərək mağazanın sahibindən 170 manat pul alıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Fariz Yəhyayev və Kəlbəcər rayon sakini İpək Məmmədova saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.