Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun A.Nemətulla küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetmənin mobil telefonunu açıq talama yolu ilə alıb.
17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Famil Məmmədov saxlanılıb.