2 Sentyabr 2018 11:18
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki qeyri-yaşayış binalarının birindən 20 000 manat dəyərində elektrik kabelləri oğurlanması barədə 28-ci polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Tofiq Məmmədvəliyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov