Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq etdiyinə görə həbs edilən Firdovsi İsmayılovun ətrafında Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsində araşdırma aparılıb.
Onun mayın 12-də Badamdar qəsəbəsi ərazisində yerləşən hospitalda paytaxt sakini olan bir qadının içərisində 400 manat, sürücülük vəsiqəsi və bankomat kartı olan pulqabısını oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.