Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Göytəpə şəhərində qeydə alınıb.
Evlərin birindən 20.000 manat dəyərində qızıl əşyaları oğurlanması barədə Cəlilabad rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göytəpə şəhər sakini Şəhriyar Salmanov saxlanılıb.
Cinayətin daha bir iştirakçısının şəxsiyyəti müəyyən edilib. Onun tutulması üçün əməliyyat keçirilir.
İstintaq müəyyən edib ki, Şəhriyar Salmanov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.