Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib.
Report xəbər verir ki, bu məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, Moskva vilayətinin Lüberets şəhər məhkəməsi Fəxrədddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.