13 Sentyabr 2018 11:55
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Teleqraf.com xəbər ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Mikayıl Abdullayev ifadə verib.

Onun sözlərinə görə, təqsirləndiriləm şəxslər onun evindən 25 min manata yaxın əmlakını aparıblar. Zərərçəkmiş ona vurulan ziyanın ödənilməsini tələb edib.

Mikayıl Abdullayev qeyd edib ki, evindən oğurluq qızının toy günü baş verib.

Növbəti proses sentyabrın 20-də davam edəcək.

İttihama görə, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açar-seçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

İttihamdan məlum olub ki, Nazpəri Dostəliyevaya ümumilikdə 306 min 787 manat məbləğində ziyan dəyib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra Asif Həmidovun avtomobilindən, Yunis Hüseynli və Ruslan Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, dəstə üzvləri paytaxtda və Abşeron rayonunda 17-dən çox evdən, avtomobildən oğurluq ediblər.

İstintaq dövründə təqsirləndirilən Asif Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrdən istifadə etmə) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib.

Daha sonra istintaq tərəfindən Asif Həmidovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər