Azərbaycanda terrorçuluğa açıq çağırışlar etməkdə təqsirli bilinən Rza Səfərsoyun barəsində olan cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, Rza Səfərsoy Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham edilir.
Cinayət işi baxılması üçün hakim Anar Tanrıverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, Rza Səfərsoy sosial şəbəkələrdə terrorçuluğa açıq çağırışlar etdiyi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bu ilin iyulun əvvəlində axtarış elan edilib.
Keçirilən əməliyyat nəticəsində Rza Səfərsoy həbs edilib.
O, Salyan rayon sakinidir.
Xatırladaq ki, bu ilin iyulunda Gəncədə ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, çağırışları edən 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bunlar Bakı sakini, 1981-ci il təvəllüdlü Qurbanov Rabil Səlvər oğlu, Xırdalan şəhər sakini, 1959-cu il təvəllüdlü Ferazi Yaşar İbrahim oğlu, Tovuz rayon Aşağı Ayıblı kəndi sakini Əliyev Elxan Rüstəm oğlu (05.10.1982), Salyan rayon sakini Mehdiyev Aqil Səlamət oğlu (06.10.1985), Bakı sakini Rəhimov Əli Şahbala oğlu (05.03.1992), Tərtər rayon sakini Camalov Rəşad Şamil oğlu (14.09.1990), Lənkəran rayonu Cəgiran kəndi sakini Şıxəliyev Elsevən Akif oğlu (05.07.1991), Sumqayıt şəhər sakini Quliyev İlqar Humay oğlu (27.06.1980), Cəlilabad şəhər sakini Sadıqov Əfqan Hətəmxan oğlu (06.12.1976), Sumqayıt şəhər sakini Əliyev Rüfət Yaqub oğludur (31.05.1986).
Bu cür çağırışlar edən Balakən şəhər sakini Şirinov İlknur Adil oğlu (18.07.1991) 25 gün, Bərdə rayonu Qəhrəmanlı kənd sakini Kərimov Sədi Hüseyn oğlu (17.02.1983) 20 gün, Xırdalan şəhər sakini Hüseynli Babək Hümbət oğlu (22.08.1992) 10 gün, Neftçala şəhər sakini Həşimov Afiq Mirzəxan oğlu (10.02.1981) 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Salyan rayonu Yenikənd kənd sakini Səfərsoy Rza Əli oğlu (06.05.1976), Bakı sakini Qasımov Səbuhi Hafiz oğlu (26.06.1996) barəsində isə cinayət işi qaldırılıb.
Ağsu rayonu Hacıqədirli kənd sakini Balayev Mahir Adəm oğlu (18.03.1981) isə qanunsuz çağırış etdikdən bir gün sonra başqa cinayət hadisəsi törətdiyi üçün həbs olunub.
Eyni zamanda Ağdam rayonu Kəngərli kənd sakini Həsənov Bəhrəm Hüseyn oğlu (17.09.1987) və Bərdə rayonu Otuzikilər kənd sakini Rəhimov Orxan Oruc oğlu (07.03.1993) inzibati qaydada cərimə olunub.
Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Bayramlı Səməd Elmin oğluna (14.07.1998) isə xəbərdarlıq edilib.