20 Sentyabr 2018 11:26
3 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda bir neçə gün əvvəl baş verən qətl hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Fikrət İsmayılov rayon ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Məlum olub ki, Natiq Quliyev və Fikrət İsmayılov qohum olublar. Hadisədən əvvəl yeyib-içiblər. Daha sonra isə aralarında mübahisə yaranıb, sərxoş olan dostlar bir-birlərini söyüblər.

Bu zaman Fikrət İsmayılov bıçağa əl atıb. O, bıçaqla Natiq Quliyevi vurub.

Cinayəti törədən Fikrət İsmayılov kənd ərazisində yerləşən meşə sahəsinə qaçıb və bir neçə gün meşədə gizlənərək, istintaqdan yayına bilib.

Amma sonda o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən gizləndiyi yerdə tapılıb.

Fakt üzrə Gədəbəy rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər