Bakının Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini Rasim Quliyev “VAZ -2109” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərib. O, avtomobili yol ayrıcına çırpıb. Hadisə zamanı sürücü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov