Bakıda axtarışda olan ata və oğlu tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Xətai rayon Polis İdarəsi 36-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq polis bölməsinə gələrək istintaqa təslim olublar.
Onların ətrafında araşdırmalar davam etdirilir.