Gəncə şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Atəş Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, bu ilin fevralında Gəncə şəhərinin Məhsəti qəsəbəsində 1993-cu il təvəllüdlü Emin Rzayev həyat yoldaşının qohumu Atəş Həsənov tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Müəyyən edilib ki, Emin Rzayev tez-tez həyat yoldaşını döyüb. Bu səbəbdən qadının xalası oğlu Atəş Həsənov Emin Rzayevi cəzalandırmaq qərarına gəlib.
Bu məqsədlə Atəş Həsənov hadisə baş verən günü Emin Rzayevi görüşə çağırıb.
Görüş yerinə gələn Emin Rzayev orada Atəş Həsənovla mübahisə edib. O, arvadını döyməkdə özünə haqq qazandırıb.
Bundan əsəbləşən Emin Rzayev bıçağa əl atıb. O, xalası qızının ərinə 8 bıçaq zərbəsi vurub.
Cinayəti törədən Emin Rzayev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.
İstintaq orqanı tərəfindən Emin Rzayevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Emin Rzayev özünü qismən təqsirli bilib.