Türkiyənin məşhur sosial media fenomenləri narkotik maddə ittihamı ilə saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, Pucca ləqəbli Pinar Qaragöz adlı sosial media fenomeninin də aralarında olduğu məşhurlar polis bölməsində ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.
Polisdən verilən məlumata görə, saxlanılan şəxslərin evlərinə baxış zamanı şəxsi istifadə miqdarında narkotik aşkarlanıb. Onlardan qan analizi götürüldükdən sonra sərbəst buraxılıblar.