Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Nərimanabad-1 kəndindən qeydə alınıb.
Kənd sakini Xanəli Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onun həmyerlisi, əvvəllər məhkum olunmuş Şahin Əliyev tutulub.
Hacı Zeynalov