15 Oktyabr 2018 12:38
3 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda 4 ay əvvəl baş verən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, bu il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılıb.

Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər görüb.

​Araşdırmalar zamanı Mail Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub.

Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

​Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mail Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Məlum olub ki, Mail Ağayevin qətlini arvadı sifariş verib.

Qadın ərini öldürməkdə səbəb ona işgəncə verməsi olub.

​Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

​İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər