Şirvan şəhər polis şöbəsində 9 ayın yekunlarına dair yekunlarına dair hesabat yığıncaq keçirilib.
Teleqraf.com xəbər verir ki, cari il ərzində şəhər ərazisində ümumilikdə 198 cinayət hadisəsi qeydə alınıb, açılma faizi 94,4 faiz təşkil edib.
Qeydə alınmış bu cinayət hadisələrindən yalnız 17-i ağır və xüsusilə ağır cinayətlər, 134-ü az ağır, 47-i isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olanlardır.
Şəhər ərazisində hesabat dövründə odlu silahla cinayət hadisəsi törədilməyib.
Törədilən cinayətlərdən 36 fakt şəxsiyyət əleyhinə olan cinayət hadisələri olub, bu növ cinayətlərin açılması 100 faiz təmin edilib.
Cari ilin 9 ayı ərzində ictimai təhlükəsizlik və ictimai qayda əlehinə 117 cinayət faktı qeydə alınıb, 113 cinayət açılıb və açılma 95,8 faiz təmin olunub.
Hesabat dövründə axtarışda 40 nəfər cinayət törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxs olub. Onlardan 28 nəfəri tutulub, 12 nəfər qalıq qalıb.
Tutulma 70 faiz təmin olunub.
“Əsrin bəlası” hesab edilən narkomaniyaya qarşı mübarizədə də Şirvan şəhər polis şöbəsinin əməkdaşları fəallıq nümayiş etdiriblər.
Belə ki, 9 ay ərzində ümumilikdə 94 fakt müəyyən edilib. Bu faktlar üzrə 3 kq-dan artıq narkotik tərkibli maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Hesabat dövründə aşkar edilmiş 94 faktdan 82-i saxlama, 9-u satış, 3-ü əkin olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə güclü təsiredici vasitə olan heroin bu il 5 dəfə artıq olaraq dövriyyədən çıxarılıb.
Şirvan şəhər polis şöbəsində ötən illə müqayisədə cinayətlərin sayının azalması, açılma faizlərinin yüksəlməsi, ağır və xüsusilə ağır cinayətlərin azalması müşahidə olunur.
Bu da öz növbəsində ölkədə sabitliyin qorunması istiqamətində davam etdirilən ənənəyə sadiqliyin bariz nümunəsidir.
Yuxarıda qeyd olunan göstəricilərdən əlavə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən sakinlər arasında, təhsil müəssisələrində vaxtaşırı maarifləndirmə tədbirləri keçirilib, “ Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “ Dini radikalizmə qarşı mübarizə” kimi dövrün aktual mövzuları ətrafında profilaktiki söhbətlər aparılıb.