22 Avqust 2014 16:50
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Zaur Abdullayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki,təqsirləndirilən şəxs ötən ilin avqustun 18-də Xəqani küçəsində yerləşən “Troya” gecə klubunda Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər. Səbuhi Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 28-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər