26 Oktyabr 2018 09:32
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloji Sağlamlıq Mərkəzinin saxta sənəd düzəltməkdə təqsirləndirilən həkimi Hacıağa Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hacıağa Mahmudov barəsində 2 il müddətinə islah işləri cəzası təyin edilib.

Onun alıq qazancının 20 faizi dövlət nəfinə tutulacağı barədə qərar qəbul edilib.

İttihama görə, Hacıağa Mahmudov Psixoloji Sağlamlıq Mərkəzinin həkimi vəzifəsində çalışıb. O, bəzi xəstələrə sağlamlıq haqqında saxta arayış verib.

İstintaq orqanı tərəfindən Hacıağa Mahmudovun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər