1 Noyabr 2018 09:44
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirləndirilən Elçin Aslanov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Kamal Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Elçin Aslanov 11 il Səyavuş Şəfiyev 9 il, Kamal Fərhadov 10 il, Ramin Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Elçin Aslanov 2017-ci il mayın 12-də Səyavuş Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər.

Bir gün sonra, mayın 13-də ev sahibi evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Daha sonra isə dəstə üzvləri həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər.

Onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını “skoç”la bağlayıblar.

Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar.

Bundan başqa iyunun 14-də Ramillə Kamal Xətai rayonunda yaşayan Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.

Dəstə daha bir cinayət əməlini isə 2017-ci ilin oktyabrın 22-də törədiblər. Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə giriblər. Oradan 3375 manatlıq quldurluq ediblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər