Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 21-nə təyin edilib.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə zərərçəkmişlərə 2 milyon manat ziyan dəyib.
Sahib İbrahimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Sahib İbrahimovun rəhbərlik etdiyi tikinti şirkətinnə müraciət edən vətəndaşların pulun ələ keçirməkdə ittiham olunur.
İstintaq dövründə Sahib İbrahimov tərəfindən zərərçəkmişlərə dəymiş ziyanı ödəyib.
Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.