21 Noyabr 2018 15:31
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 60 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Masallı şəhər sakini İzzət Əhmədzadə saxlanılıb.

Onun cari il oktyabr ayının 4-dən noyabr ayının 20-dək olan müddətdə daha bir evdən 95 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov