30 Noyabr 2018 13:42
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1996-cı il təvəllüdlü Nicat Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nicat Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il mayın 29-da Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan Nicat Abdullayev qəsəbə ərazisində olarkən Orxan Rzayev onun maşınına əyləşib və sürməyi əmr edib.

Bir qədər getdikdən sonra Nicat Abdullayev sərnişindən hara gedəcəyini soruşub.

Bu zaman Orxan Rzayev səbəbsiz halda maşının ön hissəsinə yumruq vurmağa başlayıb.

Bu zaman Nicat Abdullayev maşını saxlayıb.

Maşın hərəkətdən dayanandan sonra Orxan Rzayev yerə düşərək cibindən bıçaq çıxarıb və sürücünün qıçından bir zərbə vurub.

Daha sonra bıçağı yerə atıb.

Yerdən bıçağı götürən Nicat Abdullayev Orxan Rzayevin qarın nahiyəsindən bir zərbə endirib.

Daha sonra Nicat Abdullayev onu öz maşınına oturdaraq xəstəxanaya çatdırıb.

Həkimlər Orxan Rzayevin həyatını xilas edə biliblər.

İstintaq orqanı tərəfindən Nicat Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər