5 Dekabr 2018 13:14
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kürəkənini sirkə turşusu (“kislota”) ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 7-nə təyin edilib.

İttihama görə, Kəmalə Əsəsdova bu ilin əvvəlində gecə saatlarında kürəkəni Tərlan Qarayevin kirayə qaldığı evə gəlib. O, kürəkəninin yatdığı yerdə onu “kislota” ilə yandırıb.

Xəstəxanaya çatdırılan Tərlan Qarayevə vaxtında tibbi yardım göstərilib. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.

Zərərçəkən ibtidai istintaqa verdiyi ifadə bildirib ki, 2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Gülərlə ailə qurub. Sonra Gülərlə birlikdə bir müddət Oğuzda yaşayıb.

Oğuz rayonunda onlar davasız-problemsiz yaşayıb.

Amma sonradan paytaxta köçüblər və burada kirayədə qalıblar. Bu zaman onların ailə işlərinə Gülərin anası Kəmalə müdaxilə edib, tez-tez evdə dava-dalaş olub.

İstintaq orqanı tərəfindən Kəmalə Əsədovaya Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər