Bakının Binəqədi rayonunda civə və qumbara tapılıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 6-da Bakı şəhər sakini B.Əliyev Binəqədi rayonu ərazisində bağban işlədiyi həyətdə qazıntı işləri apararkən orada torpağa basdırılmış sellofan paketin içərisində 1 ədəd alışqansız “F-1” qumbarası və şüşə qabın içində çəkisi 1 kiloqram 100 qram olan ağ civə taparaq 5-ci polis bölməsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.