10 Dekabr 2018 13:29
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 9-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 8000 manat dəyərində parfümeriya məhsulları oğurlanıb.

22-ci polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb.

Onlardan biri Sumqayıt, digəri isə Gəncə şəhər sakindir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov