15 Dekabr 2018 16:14
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs H.Mənsimovu dəmir parçası ilə hədələyib.

Sonra onun 276 manatını və mobil telefonunu alıb.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov saxlanılıb.

Məlum olub ki, N.Məmmədov rayon ərazisində daha bir nəfərə qarşı da dələduzluq edib.

O, paytaxt sakini R.Şirəliyevin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər