21 Dekabr 2018 09:52
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Elvin İsmayılov barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovadan (ad və soyad şərti verilib – red.) şantajla pul tələb edib.

O, Əfsanə ilə sosial şəbəkədə tanış olub, daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacağı, onu biabir edəcəyi ilə hədələyib. Bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib.

Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qoru yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər