21 Dekabr 2018 11:33
3 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qətlə yetirilən iş adamı Fariz Vahabov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub.

Teleqraf.com xəbər verir ki, Fariz Vahabov nazirlik ləğv edilməmişdən əvvəl orqandan xaric edilib. O, həmin vaxtdan biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.

İlkin ehtimala görə, Fariz Vahabov pul mübahisəsi üstündə öldürülüb.

***

10:17

Bakının Xətai rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sadıqcan küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus “Hyundai” markalı avtomobilində naməlum şəraitdə güllələnib.

Fariz Vahabov hadisə yerində ölüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun bədənində güllə xəsarəti ilə yanaşı bıçaq xəsarətləri də aşkarlayıblar.

Ehtimal olunur ki, Fariz Vahabov avtomobilində bir neçə nəfərlə mübahisə edib. O, əvvəlcə bıçaq xəsarəti alıb, daha sonra güllələnərək qətlə yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Fariz Vahabovun iş adamı olduğu deyilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər