Bakının Yasamal rayonunda qətl törətməkdə təqsirli bilinən Samir Ağakişiyev barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının vəsatəti təmin olunub.
Samir Ağakişiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay artırılıb.
İttihama görə, bu il avqustun 20-də, axşam saat 22.30-da Yasamal rayonunda 1970-ci il təvəllüdlü Faiq Mustafazadənin ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.
Həmin gün 28-ci polis bölməsinə öldürülən şəxsin qaynı, 1974-cü il təvəllüdlü Samir Ağakişiyev gələrək qətli törətdiyini etiraf edib.
Saxlanılan şəxs bildirib ki, bacısının ərini münasibətlərinə aydınlıq gətirərkən öldürüb.
İstintaq orqanı tərəfindən Samir Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.