Daxili İşlər Nazirliyi Yevlaxda törədilmiş qətllə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 24-də Yevlax şəhərinin ərazisində şəhər sakini Namiq Nərimanov münaqişə zəminində həmyerlisi Ağa Əhmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ağa Əhmədov orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Nərimanov saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən Ağa Əhmədov Gəncədə yerləşən ali məktəblərdən birinin tələbəsi olub.