27 Dekabr 2018 17:39
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Təranə Səmədovanın vəkili Janna Bağırova vəsatətlə çıxış edib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olmasını əsas gətirib, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra hakimlər cinayət işinin qapalı məhkəmədə qismən istintaqla aparılması haqqında qərar qəbul edib.

Proses yanvarın 8-də davam edəcək.

Təranə Səmədova Nərimanov rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin iş üzrə zərərçəkmişlər də apelyasiya şikayəti veriblər. Onlar Təranə Səmədovanın cəzasının ağırlaşdırılmasını tələb ediblər.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Təranə Səmədovanın barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib.

Təranə Səmədova saxlanılması üçün Kürdəxanıda yerləşən Bakı istintaq təcridxanasına aparılıb.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur.

Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər