Bakının Yasamal rayonunda silah satan şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov saxlanılıb. Ona “AKMS” markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş diski satmış Bakı şəhər sakini Şahin Quliyev tutulub.
Hacı Zeynalov