14 Yanvar 2019 16:16
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 22-nə təyin edilib.

İttihama görə, ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəhman Cəfərov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətlər yetirib.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. Aydan Hətəmovanın həyatını xilas etmək mümkün olub.

Rəhman Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə gələrək təslim olub.

Məlum olub ki, o, həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Onların birgə nikahlarından 2 uşaqları var.


Müəllif: Hacı Zeynalov