21 Yanvar 2019 10:50
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi silsilə oğurluqlar törədən şəxsin tutulması üçün əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Xəzər rayonu Şağan qəsəbəsində yaşayan İlqar Əlixanov tutulub.

İdarəyə daxil olan əməliyyat məlumatı əsasında müəyyən olunub ki, müvafiq olaraq işlədiyi şirkətin inkasatr vəzifəsində çalışan İlqar Əlixanov paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan “Milliön” ödəmə terminallarından ayırı-ayırı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 ABŞ dollarını talayıb.

İctimai təhülükəli əməldə şübhəli bilinən şəxs ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadağı evinə baxış zamanı müxtəlif vaxtlarda taladığı 42 min 145 manat və 9 min 400 ABŞ dollar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Eləcə də onun ictimai təhlükəli əməldə istifadə etdiyi alətlər, müxtəlif təyinatlı geyimlər aşkarlanıb. Müəyyən olunub ki, o, ödəmə terminallarına məxsus açarlarını sürətini çıxamaqla, kustar üsulla hazırladığı yivlərlə 43 epizod üzrə ayrı-ayrı ünvanlarda bu əməlləri törədib.

Qeyd olunub ki, İlqar Əlixanov ali təhsillidir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov