29 Avqust 2014 10:34
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikinti materialları oğurlayan tutuldu Bakının Sabunçu rayonunda oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, avqustun 7-nə keçən gecə Ramana qəsəbəsində yeni tikilidə yaşayanlar Müseyib Həsənovun və avqustun 17-nə keçən gecə RəşaHəziyevin həyətlərindən tikinti materialları oğurlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, qəsəbə sakini Natiq Balayev Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: