14 Fevral 2019 12:22
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş arvadını öldürməkdə təqsirli bilinən İlkin Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanını təqdimatın baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

İlkin Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər artırılıb.

İstintaq araşdırması zamanı İlkin Abdullayevə əlavə olaraq Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsi ilə ittiham elan edilib.

Bundan əvvəl isə istintaq orqanı tərəfindən İlkin Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunmuşdu.

Qətl hadisəsi ötən ilin oktyabrın 24-də Xətai rayonunda baş verib.

24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb.

Lakin boşanmalarına baxmayaraq onların arasında münaqiş davam edib.

Oktyabrın 23-də özü ilə qatlanan bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib.

Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hazırda Xətai rayon Prokurorluğunda istintaq hərəkətləri aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər