18 Fevral 2019 16:10
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, cari il yanvarın 11-də Şirvan şəhər sakini Samid Əmirəliyev polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 2 ədəd oyun aparatının və 5 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Cosqun İsmayılov saxlanılıb.

Dindirilmə zamanı o, bu əməli bir nəfər tanışı ilə törətdiyini etiraf edib.

Ətrafında aparılan araşdırmalarla onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus oyun zallarından ümumilikdə 11 ədəd oyun cihazı, 1 ədəd televizor, 1ədəd noutbuk oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov